G20: Kriptovalyutalar dünya iqtisadiyyatına təhlükə törətmir

      İyunun 8-9 tarixlərində Yaponiyanın Fukuoke şəhərində “Böyük İyirmilik” ölklərinin maliyyə nazirləri və Mərkəzi Banklarının rəhbərlərinin görüşünün nəticəsi olaraq qərara alınıb ki, kriptovalyutalar dünya iqtisadiyyatına heç bir təhlükə törətmir. Bununla belə G20 nümayəndələri rəqəmsal valyutaların çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində istifadə edilməsi risklərinin mövcudluğunu da vurğulayıblar. Bu barədə G20-nin birgə bəyanatında qeyd edilir.

     G20: “Kriptovalyuta aktivlərinə əsaslanan texnoloji innovasiyalar maliyyə sisteminə və bütövlükdə iqtisadiyyata əhəmiyyətli fayda gətirə bilər. Kriptovalyutalar hazırki mərhələdə qlobal maliyyə sabitliyinə təhlükə yaratmır lakin biz istehlakçı və investorların hüquqlarının qorunması, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı riskləri nəzərə alaraq, həssaslığımızı qoruyuruq”.

strany-bol-shoy-dvadcatki-schitayut-chto-kriptovalyuty-ne-ugrozhayut-mirovoy-ekonomike-15.jpg

Leave a Reply