İyunun 11-i bazar kapitalizasiyasına görə 4-cü kriptovalyuta olan Litecoin 24 saat ərzində 10% dəyər qazanaraq 135 dollar oldu. Bu, 23 May 2018-ci ildən etibarən LTC-nin ən yüksək qiymətidir. LTC-nin qiymətinin artmasına əsas səbəb bu kriptovalyutanın mayninqi üzrə mükafatın 60 gündən sonra 2 dəfə azalmasıdır. Avqustun 8-i Litecoin blokçeyinində hər blok üzrə mükafat 25-dən 12.5-ə enəcək.
Elnur Quliyev