ABŞ-ın beynəlxalq pul köçürmələri üzrə şirkəti olan MoneyGram-ın məhsul və innovasiyalar üzrə rəhbəri Youri Bebic kriptovalyutaları beynəlxalq pul köçürmələrinin gələcəyi adlandırıb. O izah edib ki, beynəlxalq pul köçürmələri zamanı pul fiziki olaraq sərhəddən keçirilmir, sadəcə MoneyGram-ın müxtəlif ölkələrdə bank hesabları mövcuddur. Pullar şirkətin hesabından müştərinin hesabına köçürülür. Bu üsul pulu sərhəddən keçirməkdən daha sürətli və sərfəlidir. Lakin bunun üçün MoneyGram-ın müxtəlif ölkələrdə bank hesabları olmalıdır.
Youri Bebic: “Əgər pul köçürmələrində kriptovalyutalar istifadə edilərsə hər ölkədə ayrıca bank hesabı açmağa zərurət yaranmayacaq. Bunun əvəzinə kriptovalyuta birjası kriptoaktivi yerli valyutaya konvertasiya edərək bank hesabına köçürür. Hal-hazırda kriptovalyutaların istifadə edilməsində əsas problem – hüquqi tənzimlənmələrin olmaması və müxtəlif ölklərdə müvafiq infrastrukturun olmamasıdır. Mən inanıram ki, beynəlxalq pul köçürmələrinin gələcəyi kriptovalyutalardır.”