Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasının tətbiqinə başladı

    İyunun 13-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi MaerskIBM şirkəti tərəfindən birgə işlənib hazırlanmış, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan TradeLens-ə qoşulub. Bu məqsədlə ÜGT-nin Bakıda keçirilən İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində tərəflər arasında görüş keçirilib. Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, Azərbaycan gömrüyü informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verir.

     TradeLens böyük bir təchizat zənciri platformasıdır və ona qoşulmaqla Azərbaycan Respublikasının idxal və ixrac əməliyyatlarının səmərəliliyinin artırılması və təhlükəsizliyinin daha da yüksək səviyyədə təmin edilməsi gözlənilir. DGK hazırda rəqəmsallaşdırma ilə əlaqədar səylərini artırmaq məqsədilə TradeLens-i qəbul etmək və ondan aktiv şəkildə istifadə etmək üçün bütün dünyada çoxsaylı dövlət orqanları ilə əməkdaşlıq etməyə başlayır. Komitənin əsas məqsədlərindən biri gömrük rəsmiləşdirməsi prosesinin tamamilə avtomatlaşdırılmasıdır. TradeLens-dən istifadə etməklə Dövlət Gömrük Komitəsi TradeLens ekosistemi üzrə hərəkət edən daşımalardakı konteynerlərin tərkibi və prosesdə iştirak edən tərəflər haqqında daha erkən və daha ətraflı məlumat əldə edəcək. Bu isə ölkə daxilində və xaricində həyata keçirilən daşımalar üzrə risklərin daha səmərəli şəkildə qiymətləndirilməsinə, gömrük rəsmiləşdirməsi prosesinin daha sürətli icra edilməsinə, ticarətlə məşğul olanlar üçün yüksək xərc tələb edən öhdəliklərin yüngülləşdirilməsinə və region üzrə ümumilikdə ticarət prosesinin sadələşdirilməsinə imkan verir.

  Tərəflər arasında görüş çərçivəsində Dövlət Gömrük Komitəsinin TradeLens-ə qoşulması məqsədilə sənəd imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, Maersk GTD şirkətinin baş icraçı direktoru və TradeLens-in rəhbəri Mayk Vayt imzalayıb.

IMG_B8B5CA-CC9692-4ECFD4-06C420-B6FC1E-E538FE.jpg

“Bütün dünyada gömrük orqanları malların bir nöqtədən digərinə normal qaydada daşınması prosesində mühüm rol oynayır” – deyə Maersk-nin baş icraçı direktoru və TradeLens-in rəhbəri Mayk Vayt bildirmişdir. “Müasir dövrdə müvafiq qaydada məlumat axınının olmaması daşımaların yoxlanılması prosesi üçün önəmli risklər təşkil edir və bununla bağlı ciddi dəyişikliklər edilməsi olduqca zəruridir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ticarətin rəqəmsallaşdırılması üzrə səylərini daha da ciddi şəkildə artırır və biz bununla əlaqədar birlikdə çalışmağı önəmli hesab edirik.”

   TradeLens platforması Maersk və IBM tərəfindən birgə işlənib hazırlanmışdır. TradeLens blokçeyn texnologiyası ilə möhkəmləndirilmiş, beynəlxalq daşıma sektoru üzrə böyük şirkətlər tərəfindən dəstəklənən açıq və neytral sənaye platformasıdır. Platforma qlobal təchizat zəncirində daha uğurlu əməkdaşlıqlar qurulması və etibarın artırılması məqsədilə məlumatların səmərəli, şəffaf və təhlükəsiz mübadiləsini təmin edir.

 

 

Mənbə: customs.gov.az

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma