Coinbase kriptovalyuta birjası özünün Coinbase Card adlı Visa debt kartlarını artıq 7 Avropa ölkəsində sifariş etmək mümkün olduğunu elan etdi. İndi İngiltərə, İspaniya, Almaniya, Fransa, İtaliya, İrlandiya və Hollandiya sakinləri Coinbase birjasındakı hesabına bağlı olan Visa kartları sifariş edə biləcəklər. Kartla Android və iOS tətbiqlərinin köməyi ilə istifadə etmək mümkündür. Coinbase Card istifadəçiləri online mağazalarda mallar üzrə hesablaşmaları adi debt kartlar kimi ödəniş edə biləcək. Coinbase-nin britaniya bölməsinin rəhbəri Zeeshan Feroz: “Siz bitkoinlə məhsul ala bilərsiz, bir dəqiqə sonra isə litecoinlə kofe sifariş verə bilərsiz.”