İyunun 16-sı bitcoin 9000 dollar olan psixoloji həddi keçməyi bacardı. Bu 2018-ci ilin may ayından indiyə qədər ən yüksək qiymətdir. Bazar kapitalizasiyası sutka ərzində 7.3% artaraq 165.6 milyard dollara çatdı və bitkoinin dominasiya indeksi 57.3% oldu. CoinMarketCap.com-a əsasən 16.06.2019 tarixinə (saat 12.00) bitkoinin qiyməti 9314 dollar təşkil edir.
Böyük ehtimal ki, gün ərzində bitkoinin qiyməti müəyyən korreksiya olunacaq. Təcrübə göstərir ki, sürətli artımın ardınca korreksiya baş verir.
Elnur Quliyev