“Brilyant oğlan” ləqəbli, 5 qat dünya və 10 qat Avropa çempionu Rafael Ağayev Macarıstanın paytaxtı Budapeştdə Karate Combat Liqasında keçirilmiş döyüşdə dominikanlı karateçi Dionisio Qustavonu məğlub edib. Maraqlı məqam o oldu ki, döyüşün keçirildiyi arenanın mərkəzində “Bitcoin” loqotipi qoyulmuşdu. Buna səbəb bitproj.org-un Karate Combat Liqasının baş sponsoru olması idi. Bitproj.org – bitcoin və kriptovalyutalar ilə bağlı qlobal bilikləri genişləndirmək üçün vəsait toplayan qeyri-kommersiya təşkilatıdır.