Facebook 2020-ci ilin ilk yarısında istifadəyə verəcəyi Libra kriptovalyutasını təqdim etdi. “White Paper“-ə əsasən Libra kriptovalyutası ictimaiyyət üçün açıq olan blokçeyndə yaradılacaq və ödənişlər, pul köçürmələri və müxtəlif məqsədlər üçün istifadə ediləcək. Libra üçün özəl Calibra cüzdanı da yaradılıb. Calibra iOS və Android üçün müstəqil bir tətbiq olacaq və WhatsApp, Messendger də daxil olmaqla Facebook məhsullarına inteqrasiya olunacaq.
Libra tokeni qiymətli kağız kimi tanınacaq və onu yalnız Libra Association-a üzv olan investorlar ala biləcək. Libranın qiyməti müxtəlif aktivlərdən (fiat valyutalar, qiymətli kağızlar və aksiyalar) ibarət Libra Reserve ilə təmin ediləcək və şəbəkə qeyri-kommersiya təşkilatı Libra Association tərəfindən idarə olunacaq. Assosiasiyanın təsisçiləri Mastercard, PayPal, Visa, Bookinq Holdings, eBay, Facebook, Uber, Spotify, Vodafone, Coinbase, Xapo və digər tanınmış şirkətlərdir. Eyni zamanda, heç bir üzv şirkət səslərin 1% -dən çoxuna (bu Facebook-a da aiddir) malik ola bilməz. Libra Association-a üzv olmaq üçün minimal investisiya ödənişi 10 milyon dollardır. Həmçinin assosasiyaya üzv olan investor şirkətlər maliyyə dünyasının elitasına aid olduğunu sübut etmək üçün bir neçə meyarlardan birinə cavab verməlidir. Misal üçün, şirkətin “Fortune 500” siyahısnada olması kifayət edir.
Libra Association həmçinin Libra Investment Token adlı security-token yerləşdirəcək. Bu token dividendlər əldə edə bilən akkreditə edilmiş investorlardan vəsaitlərin cəlb edilməsi üçün imkan yaradacaq. Libra kriptovalyutasını bəzi analitiklər ABŞ dollarına rəqib ola biləcək yeni “dünya valyutası” da adlandırıblar. Facebook-un Libra kriptovalyutasının buraxmaq haqqında təqdimatdan dərhal sonra ABŞ maliyyə tənzimləyiciləri layihə haqqında neqativ reaksiyalar verdilər və bu gözlənilən idi.
Steve Forbes: Libra dolları əvəz edə bilər