Mitsubishi Electric və Yaskawa Electric şirkətləri də daxil olmaqla Yaponiyanın 100 istehsalçı şirkəti effektivliyin artırılması və istehsal məlumatların bir-birlərinə təhlükəsiz ötürülməsini təmin etmək məqsədilə blockchain texnologiyasını istifadə etməyə hazırlaşır. İstehsalçı şirkətlər öz zavodlarında toplanan rəqabət qabiliyyəti ilə əlaqəli məlumatları ehtiva edən məlumatları diqqətlə qoruyurlar. Lakin indi onlar blockchain texnologiyası sayəsində məlumatların təhlükəsiz mübadiləsinin məhsuldarlığını artıracağına inanırlar. Bu layihə ilə iştirakçılar məlumatların hansı qismini paylaşacaqlarına özləri qərar verəcək. Şirkətlər istədiyi halda bu məlumatları ödənişli və ya pulsuz, bir və ya birdən çox şirkətlə bölüşə biləcəklər.
Bu proyekt, blockchain texnologiyasının istifadəsi nəticəsində, ənənəvi sistemlərdən fərqli olaraq, məlumatların təhlükəsizliyini təmin etməklə bərabər şirkətlərin iqtisadi cəhətdən qənaət etməsinə də səbəb olacaq.