Iyunun 22-si kriptovalyutaların pioneri olan Bitcoin 10.500 dollar olan psixoloji qiymət baryerini keçməyi bacardı. CoinMarketCap.com-a əsasən 22.06.2019 tarixinə (saat 10.00) kriptovalyutaların ümumi sayı 2279 ədəd və ümumi bazar kapitalizasiyası 322.7 milyard dollar təşkil edir. Bitcoin son 2 gün ərzində +1500 qalxaraq 10.740 dollar oldu və kriptovalyutaların ümumi bazar kapitalizasiyasının 59.1%-ni təşkil edir.