ABŞ-ın Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin sədri Maxine Waters hesab edir ki, ölkənin hakimiyyət orqanları Facebook tərəfindən yaradılan Libra kriptovalyuta layihəsinin qarşısını almalıdır. Maxine Waters bunu CNN kanalına verdiyi müsahibəsində deyib. Maxine Waters: “Nə qədər ki, gec deyil biz onların qarşısını almalıyıq. İstehlakçıları qorumalıyıq. Biz imkan verməmliyik ki, onlar pullarını İsveçrəyə köçürsünlər və dollarla rəqabət etsinlər. Libra kriptovalyutasının buraxılmasını tənzimləyicilərin layihənin yoxlanılmasını tamamlayana qədər təxirə salınması lazımdır.”