FATF kripto-sektor üzrə tənzimləmə tövsiyyələrini təqdim etdi

     Maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə hökümətlərarası beynəlxalq qurum olan FATF (Financial Action Task Force) iyunun 21-i kriptovalyutalar və kriptovalyuta xidmətləri göstərən operator-şirkətlərin fəaliyyətlərini tənzimləyən tövsiyyələri dərc etdi. FATF-ın tövsiyyələrinin məqsədi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində kriptovalyutalardan istifadənin qarşısını almaqdır.

 FATF-ın son tövsiyyələrinin əhatə etdiyi əsas məqamlar:

  • kriptovalyuta ilə bağlı xidmət göstərən bütün operator-şirkətlər mütləq şəkildə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici orqanında qeydiyyatdan keçməlidirlər;
  • kriptovalyuta birjaları köçürmələr aparan istifadəçiləri haqqında məlumatları öz aralarında bölüşməlidirlər;
  • kriptovalyuta birjaları öz istifadəçiləri haqqında məlumatları tələb olunduğu təqdirdə tənzimləyicilərə açıqlamalıdır. Bu məlumatlara təkcə birjada fiat valyutalarla aparılan əməliyyatlar deyil, həmçinin ümumiyyətlə kriptovalyuta tranzaksiyaları ilə bağlı məlumatlar da daxildir;
  • kriptovalyuta birjalarının sanksiyalara düşmüş şəxslərin əməliyyatlarının qadağan edilməsi və  ya  hesablarının dondurulması imkanları olmalıdır.

    Hesab edirəm ki, FATF-ın yeni qaydaları kriptovalyutaların qlobal tənzimlənməsini daha da sərtləşdirəcək. Kripto-birjalara qoyulan yeni tələblər onların dövriyyələrində əhəmiyyətli enmələrə səbəb olacaq və kriptovalyuta bazarının “çirkli” dövriyyəsi tənzimlənməyən platformlara istiqamətlənəcək.

   FATF üzv ölkələrə yerli qanunvericilik aktlarını yeni tövsiyyələrə uyğunlaşdırmaq üçün 12 ay möhlət verdi və 2020-ci ilin iyun ayında bunu təftiş edəcək. FATF dərc edilən tövsiyyələri 28-29 iyun tarixlərində Yaponiyada keçiriləcək G20 sammitində yenidən müzakirə ediləcək. Əslində bu tövsiyələr məcburi deyil lakin faktiki olaraq çirkli pulların yuyulması ilə mübarizədə FATF standartlarını öz qanunvericiliyində tətbiq etməyən ölkələr beynəlxalq maliyyə bazarlarında “qara siyahı”-ya düşmüş hesab olunur. Bu isə öz növbəsində həmin ölklələrdə fəaliyyət göstərən şirkətlər üçün xaricdən investisya cəlb edilməsində ciddi çətinliklər yaradacaq.

9

   Xatırladım ki, FATF-ın 18.10.2018 tarixdə dünya üzrə 204 tənzimləyici orqanın nümayəndəsinin iştirak etdiyi plenar iclasda kriptovlayuta sektorunun tənzimlənməsi mexanizmləri müzakirəsi zamanı FATF-ın rəhbəri Marshall Billingslea kriptovalyuta sektorunun tənzimlənməsi üzrə standartların 2019-cu il iyun ayında təqdim ediləcəyini bəyan etmişdi. FATF 1989-cu ildə yaradılıb və hazırda FATF-a 36 ölkə üzvdür.

Müəllif:  Elnur Quliyev

Leave a Reply