SWIFT bank ekosistemində Blockchain istifadə edəcək

   SWIFT bank ekosistemində maliyyə xidmətlərinin və tətbiqlərinin daha effektiv modelini təmin etmək üçün blockchain texnologiyasından istifadə etmək niyyətini təsdiqləyən yeni bir sənəd – “Ödənişlər: Gələcəyə baxış” (Payments: Looking into the future) yayımladı. SWIFT-in CEO-su Gottfried Leibbrandt və marketinq üzrə dirktor Luc Meurant sənəddə təsdiq etdilər ki, şirkət blockchain texnologiyasının köməyi ilə yeni maliyyə xidmətləri təklif edəcək. GPI (Global Payments Innovation) – SWIFT-nin əsas məqsədinə nail olmaq üçün inkişaf etdiyinə dair fəaliyyət planıdır. GPI bir bank hesabından digər bank hesabına 24 saat ərzində ani ödənişləri təklif edir və bu sistemin əsasını blockchain texnologiyası təşkil edəcək.

SWIFT-in GPI ödəniş sistemi üç əsas komponentə malikdir:

  • tranzaksiya traektoriyası üzrə hər bir ödənişi müşayiət edən unikal identifikator;
  • bu ödənişləri izləyən və statusu haqqında məlumat verən bir treker (izləyici);
  •  bankların qısa müddətdə ödənişləri emal etməsinə nəzarət.

    SWIFT, həmçinin elan etdi ki, ictimai blockchain-ekosistemindən istifadə edəcək, hansı ki, bunun vasitəsilə banklar öz müştərilərinin maraqlarına uyğun olaraq öz tətbiqlərini yarada biləcək.

     Xatırladım ki, SWIFT (Society for Worldwide Interbank Financial Telecommunication – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. Hazırda 200-dən çox ölkə və 9700 bank SWIFT-in üzvdür. Beynəlxalq ticarətdə və pul köçürmələrində SWIFT və ya eyni mənanı verən BIC (Bank Cookies Kodları) ifadələri istifadə edilir.

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma