Steve Forbes: Libra dolları əvəz edə bilər

   Forbes Media-nın prezidenti və baş redaktoru Steve Forbes iyunun 25-i  Mark Zuckerbergaçıq məktub unvanlayıb. O, məktubda Facebook-un Libra layihəsini dəstəklədiyini və Libranın gələcəkdə dünya valyutası kimi dolları əvəz edə bilmə imkanları olduğunu vurğulayıb.

      Steve Forbes: “Əgər siz Libra kartını düzgün istifadə edə bilsəniz maliyyə dünyasının Henry Ford ola bilərsiniz. Sizin yeni valyutanız bir neçə əsr əvvəl ixtira edilən sikkə və kağız pul ilə eyni cərgədə dura bilər. steve-forbes-184.jpeg Libra dünya valyutası kimi dolları əvəz edə bilər.” S.Forbes facebook rəhbərinə Libranın qızıl ilə təmin edilməsini və hətta yeni valyutanın adını dəyişib “marka” qoymasından utanmamağı da tövsiyyə edib. “Libra Roma imperiyası vaxtında çəki ölçüsü idi və biz bilirk ki, bu necə bitdi. Odur ki, yeni valyutanı “marka” adlandırmaqdan utanmayın. Almaniya da avro üçün 20 il qabaq markadan imtina edib. Yeni valyutanın ən böyük ixtiralaran biri olması üçün onun qızıl kimi etibarlı olması vacib şərtdir. Qızıl ilə təmin olunmuş marka dünya pul tarixində inqilab edə bilər. O, bitkoni kölgədə qoyaraq və milyardlarla insanların və şirkətlərin “layk”-larını asanlıqla toplaya bilər.”- deyib.

 

Mark Zuckerberg: Facebook Libradan imtina etməyəcək!

Leave a Reply