Rusiya Mərkəzi Bankının (Банк России) İT departamentinin direktor müavini Artem Sıçev TASS xəbər agentliyinə verdiyi müsahibədə deyib ki, Rusiyada fırıldaqçılar oğurlanmış pulları kriptovlyutalar ilə deyil bank kartları vasitəsilə nağdlaşdırmağı daha üstün tuturlar. “Rusiya Federasiyasında bu çox nadir hallarda istifadə olunur. Bəli, bazən kriptovalyutaları pul çəkmək üçün istifadə edirlər lakin hazırda bu kütləvi xarakter daşımır, çünki fırıldaqçıların nağd pul alması daha asandır. Hazırda cinayətkarlar üçün çirkli pullarının yuyulması üçün əsas vasitə bank kartlarıdır. Yaxın gələcəkdə hansı texnologiyanın (süni intellekt və ya robotlaşdırma) inkişaf edəcəyi elə də vacib deyil. Bizim üçün çinayətkarların pul çıxarmaq üçün hansı texnologiya və üsulları istifadə edəcəyini anlamaq daha vacibdir. Bizim diqqət vektorumuz əsasən bu istiqamətdə yönəldiləcəkdir.” – Artem Sıçev qeyd edib.