G20 FATF-ın kriptovalyuta standartlarını təsdiqlədi

     G20-yə daxil olan Avropa İttifaqı üzvləri və 19 ölkə iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçirilən görüşdə FATF-ın kriptovalyuta sektorunun tənzimlənməsinə dair tövsiyyələrini dəstəklədiklərini elan etdilər. FATF-ın (Financial Action Task Force) iyunun 21-i dərc etdiyi kriptovalyuta sektoru üzrə yeni tənzimləmə tövsiyyələrinin əsas məqsədi çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində kriptovalyutalardan istifadənin qarşısını almaqdır.

    G20: “Biz FATF-ın rəqəmsal aktivlərin tənzimlənməsi üzrə sonuncu tövsiyyələrini dəstəkləyir və yeni standartları qanunvericiliyimizdə tətbiq etməyi planlaşdırırıq. Bu standartlar çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mübarizdə kömək edəcək.”

original3527134

      Xatırladım ki, FATF maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə üzrə hökümətlərarası beynəlxalq qurumdur. FATF 1989-cu ildə yaradılıb və hazırda FATF-a 36 ölkə üzvdür.

 

FATF kripto-sektor üzrə tənzimləmə tövsiyyələrini təqdim etdi

 

Elnur Quliyev

Leave a Reply