Bu ölkədə bitcoin 76.000$ oldu

     Zimbavedə aparılan sərt maliyyə-kredit siyatəsi nəticəsində yerli valyuta sürətlə dəyər itirməyə başlayıb. İyun ayında hökümət ABŞ dolları da daxil olmaqla xarici valyutaların istifadəsini tamamilə qadağan etdi və onların yerinə Zim (RTGS dolları) valyutanı təsdiqlədi. Bu qərardan sonra ölkə ərazisində gündəlik tələbat mallarının qiymətləri sürətlə bahalaşmağa başladı və faktiki olaraq qıtlıq yarandı.

   Güclü inflyasiya və etibarsız hökumət şəraitində yerli investorlar öz vəsaitlərini hansısa bir formada xilas etmək üçün alternativ üsullardan istifadə etməyə məcbur olur. Amerika dollarına qoyulan qadağadan sonra yerli qara bazarda bitcoin 76.000 dollara qalxıb. Zimbave 2017-ci ildən kriptovalyutaların istifadəsinə qadağa qoymuşdu və həmin vaxtdan iqtisadiyatda problemlər artıqca bitkoinin tələb artmağa başlayıb. Nəticədə ölkə ərazsində 1 BTC-nin qiyməti dünya bazarındakından dəflərlə yüksək qiymətə satılır. 05.07.2019 tarixinə LocalBitcoins platformasında yerli treyderlər bitkoini 76.000 dollara təklif edir, halbu ki, həmin vaxt ümumilikdə kriptovalyuta birjalarında 1 BTC 10.970-11.200 dollar ətrafında ticarət olunurdu.

007865

Leave a Reply