Əmək haqqının hesablanması qaydası

       2019 cu il yanvarın 1-dən əmək haqqının hesablanmasında əmək haqqından tutulan vergi və məcburi sosial sığorta haqlarının dərəcələrində dəyişikliklər edilib. Buna əsasən 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsi üzrə əmək haqqından gəlir vergisi hesablanması 2 kateqoriyaya bölünəcək:

  • Dövlət və Neft-qaz sahəsində fəaliyyəti olanlar;
  • Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər.

  Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üçün əmək haqqından gəlir vergisinin hesablanması aşağıdakı kimi olacaq:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək 14 faiz
2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

      Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

8000 manatadək 0 faiz
8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi

Məcburi dövlət sosial sigorta haqqı aşağıdakı kimi hesablanır:

№-si

Gəlirin məbləği İşçidən hesablanan sosial ayırma

İşəgötürənin hesabladığı sosial ayırma

1

200 manata qədər  3 faiz 22 faiz

2

200 manatdan yuxarı 6 manat + 200 manatdan yuxarı 10 faiz

44 manat + 200 manatdan yuxarıməbləğin 15%

     Burda iki əsas məqam var: güzəştlər ilk növbədə neft-qaz sektorunda fəaliyyəti olmayan və özəl sektorda çalışan işçilərə şamil ediləcək. İkinci məsələ isə bu güzəştlər 7 il müddətinə nəzərdə tutulub.

    Əmək haqqının hesablanmasına dair nümunələr: cədvəldə müqayisə üçün 2017 və 2018 illərdə əmək haqqının hesablanması qaydaları da göstərilib.

  1. Dövlət və neft-qaz sektorunda çalışan, aylıq əmək haqqı 1000 manat olan işçilərdə:

image-1.png

2. Qeyri neft-qaz və özəl sektorda çalışan aylıq əmək haqqı 1000 manat olan işçilərdə:

image-2-1.png

Minimum aylıq əmək haqqı

   Əmək qanunvericiliyinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunla qadağandır. Minimum aylıq əmək haqqı – işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir və qanunvericiliklə ixtisassız əməyə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. A-zərbaycanda minimum əməkhaqqı ölkə Prezidenti tərəfindən təyin olunur. Qeyd etmək lazımdır ki, iyunun 18-i Prezidentin sərəncam ilə minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Azərbaycanda minimum əmək haqqının dəyişmə dinamikası:

  • 2006-cı ilin oktyabrından – 30 AZN
  • 2007-ci ilin fevralından – 50 AZN
  • 2008-ci ilin yanvarından – 60 AZN
  • 2008-ci ilin avqustundan – 75 AZN
  • 2010-cu ilin sentyabrından – 85 AZN
  • 2011-ci ilin dekabrından – 93,50 AZN
  • 2013-cü ilin sentyabrından – 105 AZN
  • 2017-ci ilin yanvarından – 116 AZN
  • 2018-ci ilin yanvarından – 130 AZN
  • 2019-cu ilin martından – 180 AZN
  • 2019- cu ilin sentyabrından – 250 AZN

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma