Kriptovalyutalar nə qədər gəlir gətirir?

     CoinMarketCap.com-a əsasən kripto-birjalarda ticarət olunan rəqəmsal aktivlərin sayı 4950-ni keçib, ümumi bazar kapitalizasiyası isə 320 milyard dollardır. Rəqəmsal aktivlərin insanlarda ən çox cəlb edən xüsusiyyəti texnoloji və innovativ xarakteri ilə yanaşı onların gətirə biləcəyi gəlirlərdir. Bu baxımdan 2019-cu ildə “Top 20”-də olan populyar kriptovalyutaların gəlirlilik səviyəsini analiz edək. Beləliklə, 07.01.2019 – 07.07.2019 dövrü (6 ay) ərzində  investorlarına ən çox gəlir gətirən rəqəmsal aktivlər:

image-2-2.png

     Cədvəldə diqqəti çəkən Egretia (EGT) 2019-cu ildə investorlarına ən çox gəlir gətirmiş rəqəmsal aktivdir. Qiyməti 6 ay ərzində 0.00036-dan 0.0528 dollara qədər yüksəlib. 07.07.2019 tarixi üçün bu, 14567% gəlir deməkdir ki, dünyada heç bir maliyyə aləti bu qədər gəlir gətirə bilməzdi. Belə ki, əgər siz yanvar ayında 100 dollarlıq EGT almış olsaydız indi 14667 dollar qazancda olacaqdınız. Təbii ki, ilin sonuna qədər bu tendensiya dəyişə bilər.

   Etiraf etmək lazımdır ki, kriptovalyutaların böyük əksəriyyətinin yaradılmasının yeganə məqsədi qısa müddətdə spekulyativ üsullarla gəlirli maliyyə aktivinə çevrilməkdir. Bu tip kriptovalyutaları fərqləndirməyin ən sadə usulu həmin aktivin bazar kapitalizasiyasına nəzər yetirməkdir. Bazar kapitalizasiyası nə qədər yuxarı olarsa həmin kriptovalyuta ilə bazarda manipulyasiya riski bir o qədər az olur. Adətən bazar kapitalizasiyası 100 milyon dollara qədər olan rəqəmsal aktivlərlə əməliyyatlar aparmaq daha riskli hesab edilir.

Müəllif: Elnur Quliyev

Bitkoinin qiyməti niyə qalxır?

2019-cu ilin ən gəlirli kriptovalyutası

Kriptovalyuta almaq üçün mübadilə servisləri

Leave a Reply