Azərbaycanda sahibkarlıq subyektlərinin bölgüsü

      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına dəyişiklik edilmişdir. Yeni təsdiq olunmuş qaydalara əsasən sahibkarlıq subyektlərinin bölgüsünə kiçik, orta, iri sahibkarla yanaşı mikro sahibkarlıq da əlavə edilib. Dəyişiklikdən sonra Azərbaycanda sahibkarlıq subyektləri 4 qrupa bölünür: mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri. Eyni zamanda, sahibkarlıq subyektlərinin işçi sayı və illik gəlir bölgüsü də əsaslı dərəcədə dəyişmişdir.

image-6.png

Qeydlər:

  1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
  2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
  3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
  4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

 

 

Mənbə: cabmin.gov.az

Leave a Reply