Şotlandiyanın pivə istehsalçısı BrewDog səhmləri üçün ödəniş olaraq investorlardan kriptovalyutaları qəbul etməyə başladı. Bu həmçinin 2020-ci ilin aprel ayına qədər davam edən Equity for Punks adlı kroudfandinq mərhələsinin bir hissəsidir. Kriptovalyutaları istifadə edən investorlar şirkətin illik toplantılarında və yeni barların açışılışlarında iştirak etmək, Cryptonite adlı 6 limitli pivə növü üzrə hədiyyələrdən faydalanacaq. Ödəniş kimi qəbul edilən kriptovalyutaların siyahısı: Bitcoin, Bitcoin Cash, Bitcoin SV, Ethereum, Litecoin, OmiseGO, Qtum, Augur, Ripple və 0х.