Asan İmza nədir?

   Asan İmza (Mobil İmza) – Vergilər Nazirliyi və Mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza (Mobil ID) texnologiyası vətəndaşa mobil telefonu elektron imza vasitəsi kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını təqdim edir. Asan İmza Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

asan

       Asan İmza əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır. Asan İmza (Mobil imza) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.

     Asan İmza vasitəsilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən istifadə etmək mümkündür. Belə ki, elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, ali təhsil müəssisələrinə qəbulun onlayn qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər Asan İmza vasitəsilə icra edilir. Ümumiyyətlə, bu xidmət sayəsində vətəndaşlar istər mobil telefon, istər kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə bilərlər.

telimat_clip_image002_0002

      Asan İmza elektron imza sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün elektron imza sertifikatları və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulmuşdur. Siz bu sertifikatdan yalnız şəxsi identifikasiyanız üçün istifadə edə bilərsiniz. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Asan İmzanı necə almaq olar?

     Asan İmza Vergilər Nazirliyi və Mobil operator tərəfindən verilir. İlk növbədə Asan İmza sim kartını əldə etmək üçün Asan Xidmət və ya digər məntəqələrdə yerləşən bütün mobil (Azercell, Bakcell, Nar) xidmət məntəqələrinə müraciət etmək lazımdır. Sim kartı əldə etdikdən sonra tələb olunan sənədlərlə birlikdə Asan Sertifikat Xidmətləri Mərkəzinə (Vergi ödəyicilərinə Xidmət Mərkəzi)  müraciət etmək lazımdır. Burda aidiyyatı sənədlər doldurulduqdan sonra müavilə bağlanılır və Asan İmza aktiv edilir. Asan İmza Sim-kart üzrə Sertifikat 1 (bir) iş günü ərzində verilir və 3 il ərzində etibarlıdır.

    Asan İmza xidmətində istifadə etmək ödənişlidir. Aylıq abunə haqqı mobil operatordan asılı olaraq dəyişir. Asan İmza PIN kodları Asan İmza SIM kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir. Yeni Asan İmza SIM kartının pozulan sahəsi zədələnməməlidir. Yadda saxlayın ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN1 və imza üçün yalnız PIN2 tələb olunur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma