Faktorinq, ingilis dilindən tərcümədə agent, vasitəçi mənasını daşıyır. Faktorinqin mahiyyəti bundan ibarətdir ki, faktor firma öz müştərisindən borcları almaq hüququnu alır, öz müştərilərinin borclarını hissə-hissə ödəyir. Daha doğrusu, borcların 70-90%-ə qədərini ödəmə müddəti çatana kimi ödəyir. Borcun qalan hissəsini isə müştəriyə onun borclusunun bütün məbləği qaytardıqdan sonra müəyyən edilmiş faizlər çıxılmaq şərtilə qaytarılır. Nəticədə faktor-firmanın müştərisi borcları tez qaytarmaq imkanı əldə edir və buna görə də faktor firmaya faizlər ödəyir. Faktorinq əməliyyatlarının icra olunduğu şəraitdə müştəri öz borclusundan borcunu almaq hüququnu faktor firmaya verir.
Faktorinq banklar tərəfindən müştərisinin, borc öhdəliklərinin alınması vasitəsi ilə qısamüddətli kreditləşdirilmə və bununla bağlı çoxistiqamətli və çoxsaylı əməliyyatları əks etdirir. Müştərilərin bu borc öhdəlikləri hər şeydən əvvəl müştərinin mal-material və xammal, texnoloji maşın, avadanlıq, qurğular alması ilə, müştərinin ödəmələrin mümkün riskləri ilə bağlı sığorta olunması və s. səbəbdən yarana bilər. Faktorinq əməliyyatlarının hər bir ölkədə inkişaf şərtləri və şəraiti ölkə iqtisadiyyatının özünəməxsus xüsusiyyətlərindən asılı olur. Lakin faktorinqin bir sıra ümumi xüsusiyyətləri, göstəriciləri, əlamətləri hər bir ölkədə eynidir. 1988-ci ildə Beynəlxalq Xüsusi Hüququn Unifikasiyası İnstitutu “Beynəlxalq Faktorinq Haqqında Konvensiya” qəbul edərək faktorinqin əsas meyarlarını müəyyən etmişdir. Bura aşağıdakılar daxildir:
- işgüzar tələblərin əvvəlcədən ödəmə formasında kreditləşməsinin həyata keçirilməsi;
- malgöndərənin mühasibat uçotunun, o cümlədən mal satışının, görülmüş işlərinni və göstərdiyi xidmətlərin uçotunun aparılması;
- malgöndərənin borclarının inkassoya qoyulması;
- malgöndərənin kredit risklərindən sığortası.
Beynəlxalq konvensiyaya görə yuxarıda sadalanan meyarlardan heç olmasa ikisinə uyğun gələn əməliyyat faktorinq əməliyyatı sayılır. Faktorinq sövdələşmənin iştirakçılarının tərkibindən və onun predmetindən asılı olaraq müxtəlif formalarda təzahür edir. Müştərilərin mal-material dəyərlilərinə, görülmüş xidmətlərə görə borclarının xidmət olunması əməliyyatlarında faktorinqin iştirakçıları aşağıdakılardan ibarət olur:
- Faktorinq əməliyyatlarını təşkil edən kommersiya banklarının faktorinq şöbəsi və ixtisaslaşdırılmış faktorinq şirkəti;
- Malgöndərən və ya malsatan;
- Malalan.
Borcların tipindən asılı olaraq faktorinqin aşağıdakı formaları mövcuddur:
- Malgöndərənin faktorinqi;
- Malalanın faktorinqi.
Dünya təcrübəsindən faktorinqin aşağıdakı formaları mövcuddur:
- konvensiya faktorinqi;
- konfidensial faktorinq;
- “sakit” faktorinq;
- ixrac faktorinqi.
Tərəflər arasında tam xidmət haqqında razılaşma olduğu halda göstərilən xidmətlər kompleks xarakter daşıyır. Belə kompleks xidmətlər adətən, yaxından tanınan, daimi müştərilərə göstərilir. Kompleks xidmətlər özündə aşağıdakı mühüm əməliyyatları birləşdirir: müştəri – malgöndərənin almalı olduğu debitor borclarının alıcılar tərəfindən ödənilməsi riskindən müdafiə olunması, satılmış məhsulun və debitor borcu vəziyyətinin uçotunun təşkili, malgöndərənlərə pul vəsaitlərinin daxil olmasının, alıcıların borc öhdəliklərinin əvvəlcədən ödənilməsi hesabına təmin edilməsi. Adətən əvvəlcədən ödənişlər müqavilədə nəzərdə tutulan hallarda və şərtlərlə icra olunur. Əvvəlcədən ödənişlər borc öhdəliklərinin tam məbləğindəçox nadir hallarda həyata keçirilir. Çünki, bu halda faktorinq təşkilatının almalı olduğu komisyon mükafatların ödənişi gecikdirilə bilər. Ona görə də adətən əvvəlcədən ödənişlərin həcmi öhdəliklərin 80%-i həcmində müəyyən olunur.
Dünya təcrübəsində, müştəri və faktorinq təşkilatı arasında bağlanmış müqavilə barəsində digər kənar şəxslərinməlumatlandırılması səviyyəsinə görə faktorinqin açıq və qapalı formaları mövcuddur.
Faktorinqin açıq forması. Bu forma ona görə belə adlandırılır ki, faktorinq əməliyyatlarında iştirak edən müştərininkontragentləri faktorinq əməliyyatları barədə məlumatlandırırılar. Onlara çatdırılır ki, hansı tarixdən müştərinin hüququi vərəsəsi rolunu hansı faktorinq təşkilatı (bankın faktorinq şöbəsi və ya faktorinq şirkəti) oynayır. Faktorinq təşkilatı üçün bankda xüsusi hesab açılır. Açıq faktorinq şəraitində müştəri borc öhdəliklərinin müqavilədə nəzərdə tutulmuş məbləği qədər kredit alır və onu faktorinq təşkilatının hesabına ödəyir. Analoji olaraq faktorinq təşkilatı həmin vəsaitləri öz təyinatı üzrə istiqamətləndirir.
Faktorinqin qapalı forması. Bu forma ona görə belə adlandırılır ki, bu faktorinq əməliyaytının keçirilməsi barədə başqa heç kimə məlumat verilmir. Bu barədə məlumatayalnız faktorinq müəssisəsi və müştəri malik olur. Bu əməliyyat zamanı pul vəsaitləri ödəyicilər tərəfindən adi ödəmələrdə olduğu kimi malgöndərən müştərinin hesabına daxil olur. Həmin müştəri isə vəsaitləri ona komisyonmükafatları əlavə etməklə faktorinq təşkilatının hesabına köçürür. Faktorinqin qapalı forması tətbiq edildiyi halda bu əməliyyat nəticəsində verilmiş kreditin ödənməsi prosesi bir qədər gecikir. Belə olduqda cari əməliyyatları yerinə yetirmək üçün faktorinq təşkilatı ılavə resurslara ehtiyac duyur, əlavə vəsaitlər cəlb etməyə məcbur olur. Bundan başqa, ödəmələr riski yülsəlir. Çünki hesablaşma hesabına vəsaitlərin daxil olduğu müştəriyə digər orqanlar, məsələn, vergi, pensiya fondu və müxtəlif kreditorlar tərəfindən iddialar irəli sürülə bilər. Qeyd olunan amillər faktorinqin dəyərini yüksəldir, riskləri artırır.
Dünya təcrübəsindən məlum olduğu kimi, ödəmələr riskinin səviyyəsindən asılı olaraq faktorinqin iki forması mövcuddur:
- reqress (geri dönmə, qayıtma) hüququ ilə;
- reqress hüququ olmadan.
Reqress hüququ ilə faktorinq əməliyyatlarının mahiyyəti ondan ibarətdir ki, faktorinq təşkilatı, səbəbindən asılı olmayaraq ödəyicinin ödəmələrdən imtina etdiyi halda, müştəridən alınmış borc öhdəliklərinniona qaytarmaq hüququ vardır. Bu halda ödəmələr riski və kreditin qaytarılması öhdəliklərimüştəriyə keçir. Reqress hüququna uyğun olaraq müştəri, borc öhdəliklərinin satışı zamanı faktorinq təşkilatının ödədiyi məbləği ona qaytarmalıdır. Qeyd etmək lazımdır ki, bu halda komisyon mükafatlar müştəriyə qaytarılmır.
Reqress hüququ olmadan faktorinq əməmliyyatlarının mahiyyəti ondan ibarətdir ki, ödəyicilər tərəfindən yarana biləcək ödəmələr riskini faktorinq təşkilatı bütövlükdə öz üzərinə götürür. Lakin qeyd etmək lazımdır ki, belə öhdəliyin qəbul olunması o zaman mümkündür ki, bu hal əvvəlcədənaparılan təhlillər zamanı baxılmış olsun və qarşılıqlı razılaşma əsasında müqviləyə daxil olsun. Faktorinqin bu forması tətbiq edilərkən faktorinq təşkilatının məsrəfləri təkcə əvvəlcədənödənilmiş borc öhdəliklərinin məbləği ilə məhdudlaşmır. Çünki bu məbləğə təşkilatın maraqlarının müdafiəsi məqsədilə çəkilən əlavə xərclər və həmçinin kreditin ödənilməsinin gecikdirilməsi ilə bağlı ititrlmiş mənfəət də əlavə edilir. Buna görə də faktorinqin bu forması bəzi hallarda səmərəsiz bir forma hesab edilir. Məhz bu səbəbdən faktorinq təşkilatları öz fəaliyyətlərində reqress üsulu ilə əməliyyatlara daha çox üstünlük verirlər.
Müəllif: Elnur Quliyev