İranın Mərkəzi Bankının sədrinin müavini Nasir Hakimi Tasnim News agentliyinə verdiyi müsahibədə deyib ki, İranda bitcoin alqı-satqısı qanunsuzdur. O, bunu çirkli pulların yuyulması, narkotiklərlə mübarizə və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması üzrə İranın Ali Şurasının qəbul etidiyi qadağa ilə əsaslandırıb. Nasir Hakimi həmçinin kriptovalyuta ticarəti ilə bağlı mövcud olan hüquqi və investisiya riskləri ilə bağlı xəbərdarlıq edib.
Elektrik enerjisinin qiyməti ucuz olduğundan bitcoin-mayninq biznesi İranda geniş yaylıb. Lakin son zamanlar İran polisi ölkədə bir neçə iri qeyri-leqal bitcoin fermalarını aşkarlayıb, hansı ki, bu fermalarda vergidən yayınmaqla subsidiyalaşdırılmış elektirik enerjisindən istifadə olunurdu. İranın Rabitə və İnformasiya Texnologiyaları Naziri Məhəmməd Cavad Azəri qeyd edib ki, hazırda kriptovalyuta mayninqi üçün avadanlıqlar qeyri-qanuni yollarla kütləvi şəkildə İrana idxal edilib və bu səbəbdən mayninqin qanuniləşdirilməsi dövlət büdcəsinə əhəmiyyətli vəsaitlərin daxil olmasını təmin edəcəkdir.