10 yoxsa 9.99?

   Alış-veriş edərkən qiymətlərdəki aldadıcı hiylələrdən hər birimizin xəbəri var. Dəfələrlə özümüz də şahidi oluruq ki, bu tələ qiymətlər həqiqətən də işə yarayır. Yəni almaq istədiyimiz məhsulun qiymətini 10 manat kimi deyil, 9 manat kimi qəbul edirik. Amma nəticədə biz bu məhsula görə 9 manat deyil, 10 manat ödəyirik. Bəs bunun sirri nədədir?

    Sahibkarlar öz gəlirlərini artırmaq üçün bir çox marketinq hiylələrdən istifadə edirlər. Bunlardan biri də psixoloji qiymətqoymadır. Əksər vaxt isə biz bilərəkdən onların tələsinə düşürük və ehtiyacımız olmayan şeylərə qiyməti münasib gəldiyi üçün pul xərcləmiş oluruq. 62596594_142564230175277_7832080343619077030_nMəhsulun qiyməti ilə ilk tanışlıq zamanı vitrində gördüyümüz 9.99 qiyməti şüuraltı olaraq bizə 9 manat kimi gəlir və biz onun ucuz olduğunu düşünürük. Avtomatik olaraq beynimiz 9 rəqəmini 10-dan daha kiçik hesab etdiyi üçün məhsulun aldadıcı qiyməti bizi tələyə salır. Amma reallıqda bu, sadəcə olaraq müştərilərin diqqətini çəkmək və onların satınalma psixologiyasına təsir etmək üçün düşünülmüş effektiv bir vasitədir. Xüsusilə də 9 böyük 99 rəqəmi isə kiçik yazılır ki, ilk baxışdan 99 qəpik gözə görünməsin. Əsas məqsəd müştərinin beynində o məhsulun ucuz olmasına dair siqnal yaratmaq və müştərinin diqqətini o məhsula yönəltməkdir. Statistikaya əsasən qadın müştərilər bu tip “tələ”-lərə daha tez-tez düşür.

   Bunlar marketinq hiylələrinin bir hissəsidir. Sahibkarların məqsədi müştərilərin supermarketdə daha çox vaxt keçirmələrini təmin edərək onları daha çox alış-veriş etməyə sövq etməkdir. Çalışın alış-veriş edərkən supermarketlərin bu tələlərinə düşməyin. Bu cür tələlərə düşməmək üçün aşağıdakı tövsiyyələri nəzərə almaq lazımdır:

  • Alış-verişə gedərkən mütləq şəkildə ehtiyacınız olan məhsulların siyahısını hazırlayın və bu siyahi üzrə alın;
  • Alış-verişə çalışın uşaqlarla getməyin. Marketlərdə uşaqlar üçün xüsusi tələlər var ki, bunlara düşmək daha asandır;
  • Alış-verişə gedərkən ac halda getmək məsləhət deyil. İnsan ac olarkən daha çox şey almaq niyyətində olur;
  • Çalışın alış-verişinizi günlük etməyin. Bunu həftəlik edə bilərsiniz və bunun üçün konkret büdcə ayırın;
  • Məhsulları alarkən yalnız qiymətlərinə görə deyil, həm də keyfiyyətinə görə müqayisə edin. Bəzən məhsulu qablaşdırılmış şəkildə məsələn 700 qramlıq şəkildə satırlar ki, kilo dəyərini çıxarmaq çətin olsun. 700 qramlığa görə qiymət ucuz görünə bilər, amma kilo dəyəri baha ola bilər;
  • Kassada qiymətləri hesablayarkən diqqətlə baxın. Bir məhsulu istəyərək və ya istəməyərəkdən iki dəfə hesablamaq və ya vitrində fərqli, kassada fərqli qiymətə hesablamaq tez-tez rastlanan hallardandır;
  • Alış-veriş edərkən mütləq şəkildə qəbz tələb edin. Bu, sizə evdə aldığınız məhsulların qiymətlərini müqayisə etmək və eyni zamanda məhsulu geri qaytara bilmək üçün vacibdir. Unutmayın ki, qəbzlə birgə məhsulu 14 gün ərzində geri qaytara bilərsiniz.

 

Leave a Reply