G7 (böyük yeddilik – ABŞ, Almaniya, İngiltərə, Fransa, İtaliya Yaponiya, Kanada,) qrupunun maliyyə nazirlərinin iyulun 17-18 tarixlərində Fransada keçirilən görüşü zamanı Facebook-un Libra layihəsi müzakirə olunub. G7 üzvlərinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri bəyan ediblər ki, Facebook-un Libra layihəsi barədə planlarından narahatdırlar və hər hansı bir şirkətin kriptovalyuta təşəbbüsü maliyyə tənzimlənməsinin ən yüksək standartlarına cavab verməlidir.
G7 ölkələrinin bəyanatı: “İnnovasiyalar maliyyə sektorundakı yeniliklər əhəmiyyətli fayda gətirə bilər lakin onlar ciddi riskləri (çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi) də yarada bilər. Libra ciddi tənzimləmə və sistem problemlərinə səbəb olmaqla yanaşı, beynəlxalq valyuta sisteminin fəaliyyətinə də mənfi təsir göstərə bilər. G7 üzvlərinin əksəriyyəti istifadəçi məlumatlarının qorunması və dövlətlərin pul siyasətinə təsirləri baxımından Libranı ciddi bir problem hesab edir. Valyuta özəl şirkət tərəfindən buraxıla bilməz, çünki bu suveren dövlətin əsas funksiyasıdır.”