Iran kriptovalyuta mayninqini leqallaşdırdı

   İran İslam Respublikasının Nazirlər Şurasının iyulun 27-də Prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilmiş iclasında “kriptoqrafik emal məhsullarının istifadəsinə” razılıq verilib. Nazirlər Şurasının qəbul etdiyi dövlət fərmana əsasən kriptovalyuta mayninqi sənaye fəaliyyəti kimi tanınır və maynerlər İranın Sənaye, Mədən və Ticarət Nazirliyindən müvafiq lisenziya alaraq fəaliyyət göstərməlidir. Kripto-mayninq digər fəaliyyət növləri kimi vergiyə cəlb ediləcək. Bununla belə İran rəsmiləri qeyd edirlər ki, kriptovalyuta sahibləri rəqəmsal aktivlərlə əlaqəli riskləri və bütün məsuliyyəti özləri daşımalıdır, çünki dövlət maynerlərə heç bir zəmanət vermir. Həmçinin, ayrıca xəbərdarlıq edilib ki, kriptovalyutaları İranda ödəniş vasitəsi kimi istifadə etmək olmaz.

majning-v-irane

Leave a Reply