Xorvatiyanın poçt xidməti kriptovalyutaların nağd pulla mübadiləsi xidməti istifadəyə verdi. Pilot layihə çərçivəsində kripovalyutaların mübadilə xidmətinin aktuallığını qiymətləndirmək üçün ilkn olaraq Zadar şəhərinin üç poçt şöbəsində (Škožići Benje 1, Josip Juraj Strossmayera 8, Maslenica Street 1) xidmət istifadə ediləcək. Xorvatiya poçt xidmətinin 24 iyul elanına əsasən poçt şöbələrinin müştəriləri bitcoin, ethereum, stellar, ripple və eos kimi rəqəmsal aktivlərini nağd pula çevirə biləcəklər. Bu imkanı Avropa Birliyində bitcoin-broker xidmətləri göstərən Electrocoin şirkəti ilə partnyorluq çərçivəsində reallaşdırmaq mümkün oldu. Kriptovalyutaların mübadilə xidmətinə tələb olacağı təqdirdə oxşar xidmət Xorvatiyanın digər şəhərləri və turizm mərkəzlərinin poçt şöbələrində də tətbiq ediləcək.