CoinATMradar.com-ın 10.08.2019 tarixinə olan məlumatına əsasən hazırda dünyada 5355 ədəd kripto-ATM mövcuddur. Hesablamalara əsasən hər gün orta hesabla 5 ATM quraşdırılır. Ümumilikdə kripto bankomatların 62.3%-də kriptovalyutaları yalnız almaq, 37.7%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin-i, 65.6%-i Litecoin, 58.5%-i Ethereum, 37.4%-i Bitcoin Cash, 19%-i Dash-ı dəstəkləyir.
Bankomatların 74.2%-i Amerika, 21.7%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 3503, Kanada- 690, Böyük Britaniya- 266, Avstriya- 258, İspaniya-95, Çexiya-67, İsveçrə-63, Rusiya-58, Yunanıstan-50, Slovakiya-48, İtaliya-47, Kolumbiya-46, Polşa-43, Almaniya-42, Rumıniya-36, Hollandiya- 33, Türkiyə-14, Gürcüstan-14, Ukrayna- 11.
Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: General Bytes (31.7%), Genesis Coin (30.4%) və Lamassu (9%) ümumi bazarın 71.1%-nə sahibdir. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-da 954, 2017-də 2028, 2018-ci ildə isə 4109 ədəd olub.
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Müəllif: Elnur Quliyev