Dünyanın ən ucuz ipoteka krediti: 0%, 20 il

  Danimarkada ipoteka kreditləri üzrə faiz dərəcələri tarixi minimuma düşüb. Bloomberg agentliyinin məlumatına əsasən Nordea Bank Abp bankı dünyada ilk dəfə olaraq öz müştərilərinə 0% ilə 20 illik ipoteka kreditlərini verməyə başladığını elan etdi. Bu, ölkənin bank tarixində ilk belə məhsuldur. Cari ilin avqustun əvvəlində Danimarkanın digər bankı Realkredit Danmark 30 il müddətinə 0.5% ilə ipoteka kreditlərini verməyi planlaşdırdığını elan etmişdi. Danimarkanın 3-cü ən böyük bankı olan Jyske Bank isə gələn həftədən etibarən 10 il müddətinə -0.5% ilə ipoteka kreditlərini təqdim edəcəyini bəyan edib. Bu o deməkdir ki, borcalan götürdüyü ipoteka krediti üzrə faiz ödəmək əvəzinə bankdan pul alacaq.

types-of-mortgages-hybrid-arm-paragon-home-loans

    Danimarka Mərkəzi Bankının kreditləşmə üzrə müəyyən etdiyi faiz dərəcəsi 0,05%, depozitlər üzrə müəyyən etdiyi faiz dərəcəsi isə -0,75% təşkil edir. Mərkəzi Bankın məlumatına əsasən danimarkalıların 130 milyard dollar dəyərində depozit hesablarının 55%-i banklarda 0%-lə yerləşdirilib.

 

Azərbaycanda ipoteka kreditlərinin verilməsi şərtləri

 

Elnur Quliyev

 

 

Leave a Reply