Yeni Zelandiyanın Daxili Gəlirlər Nazirliyi əmək haqqının rəqəmsal aktivlərlə ödənilməsini leqallaşdırdı. 2019-cu ilin 1 sentyabrdan etibarən qanun tətbiq ediləcək və minimum 3 il müddətində qüvvədə qalacaq. Bununla əlaqədar olaraq avqustun 7-si ölkənin vergi idarəsi rəqəmsal aktivlərlə alınan əmək haqqı üçün vergi tətbiqinə dair təlimat yayımlayıb. Təlimata əsasən bütün kriptovalyuta ödənişləri (bonuslar, premiya) vergiyə cəlb ediləcək. Kriptovalyuta ilə ödənilən ödənişlər əmək haqqının 50%-nə qədər olmalı və yalnız likvid (fiat pula tez mübadilə edilən) kriptovalyuta ilə ödənilməlidir.