NBA klubu Dallas Mavericks bitcoin qəbul edir

      Amerikanın basketbol klubu Dallas Mavericks oyunlara biletlərin satışını bitcoin ilə qəbul etməyə başladı. Bununla da Dallas Mavericks bitcoin qəbul edən 2-ci NBA klubu oldu. NBA klubu tək oyun üçün biletləri deyil, həmçinin klubun loqotipləri olan suvinirlər üçün ödəniş vasitəsi kimi bitcoin ilə qəbul edəcək. Bunun üçün Dallas Mavericks BitPay ödəmə sistemi ilə partnyorluq müqaviləsi bağlayıb. BitPay bu məlumatı avqustun 13-ü öz rəsmi twitter hesabında təsdiqləyib.

    Xatırladım ki, ödəniş vasitəsi kimi bitcoin qəbul edən ilk NBA klubu Sacramento Kings olub. NBA-nın digər klubu Houston Rockets 2018-2019 mövsümündə Bitcoin Cash-in sponsorluğu ilə çıxış edib. Keçən ilin sentyabr ayından mayninq-pul AntPool klubun rəsmi sponsoru oldu.

dallas_mavericks_btc_tickets.jpg

 

 

Elnur Quliyev

Leave a Reply