Austrian Telecom A1 ödəniş vasitəsi kimi kriptovalyuta qəbul edir

Austria’s-Leading-Telecom-Company-to-accept-digital-currencyAvstriya telekommunikasiya operatoru Austrian Telecom A1 ölkə ərazisində seçilmiş mağazalarda ödəniş vasitəsi kimi kriptovalyutaları qəbul etdiyini bəyan etdi. Mobil operator ödəniş vasitəsi kimi bitcoin, litecoin, dash, ethereum, ripple və stellar istifadə edəcək. İlkin mərhələdə A1 ölkə üzrə cəmi yeddi mağazada (Kärntnerstraße, Wien Mitte The Mall, Krems Bühl Center, Graz Herrengasse, Linz Landstraße, Salzburg Europark, Innsbruck Kaufhaus Tyrol) kriptovalyuta qəbul edilməsi üçün pilot layihə həyata keçirəcək. Bunun üçün mobil operator Salamantex, IngenicoConcardis ilə partnyorluq müqaviləsi imzalayıb. «A1 Payment» ödəniş sisteminin köməyi ilə şirkət Salamantex, Ingenico və Concardis ilə birgə kassa sisteminə asanliqla inteqrasiya edilmiş və partnyor dileri kriptovalyutaların məzənnə riskindən azad edən bir mexanizm hazırlayıb.

    Austrian Telecom A1-in marketiq departamentinn rəhbəri Markus Schreiber: “Rəqəmsal valyutalar ilə ödənişlər beynəlxalq səviyyədə daha çox yayılır və bu hər bir sektora öz təsirini göstərir. Biz A1 mağazalarında pilot əməliyyatlar ilə Avstriyada ödəniş vasitəsi kimi rəqəmsal valyutalara olan tələbi və mənimsənilmə səviyyəsini sınaqdan keçiririk.”

Crypto-Crunch-App-1

     Xatırladım ki, əsası 1881-ci ildə qoyulmuş Austrian Telecom A1 yaxın zamanda AliPay və WeChat tərəfindən ödənişləri qəbul etməyə başlayacağını da elan edib.

 

 

Elnur Quliyev

Leave a Reply