Sorğu: Türkiyə kriptovalyuta istifadəsinə görə liderdir

      Statista Global Consumer Survey-in keçirdiyi onlayn sorğuya əsasən kriptovalyuta istifadəsinə görə Türkiyə lider ölkə seçilib. Sorğuya əsasən hər beş Türk vətəndaşından biri kriptovalyuta istifadə etdiyini və ya sahib olduğunu qeyd edib. 2018-ci ildə Türkiyədəki valyuta böhranı vətəndaşları alternativ maliyyə aktivlərinə – rəqəmsal valyutalara diqqət yetirməyə məcbur etmişdi. Bununla belə Türkiyə hələ də kriptovalyuta sənayesini tənzimləyəcək bir qanun qəbul etməyib.

008531.jpg

      Sorğuya əsasən ən çox kriptovalyuta istifadəçiləri Latın Amerika ölkələri – Braziliya, Kolumbiya, Argentina, Meksikada, Avropada isə İspaniyadadır. Maraqlı fakt odur ki, Yaponiya kriptovalyutaların ən az istifadə olunduğu ölkə kimi seçilib. Rəyi soruşulanların yalnız 3%-i kriptovalyutalarla işləmək təcrübəsinin olduğunu qeyd olunub.

 

Elnur Quliyev

One comment

  1. Cox sevindirici haldir, kriptovolyutani yeni reqemsal pullarin heyat racionumuza kecmesi.hem 8nsanlarin heyat terzi deyisiler hem de inflyasiyaya ugramariq.🙏🇦🇿 Bu olayin Azerbaycanin da on sirada getmesini arzulayiram .

Leave a Reply