Blockchain Life-2019 / Moskva

    16-17 oktyabr tarixlərində Moskvada blockchain, kriptovalyutalar, startuplar və mayninqə həsr olunmuş ən böyük Blockchain Life-2019 forumu keçiriləcək. Forumda kriptovalyuta sənayesindəki mövcud tendensiyaları və pul qazanmağın müxtəlif yollarını müzakirə etmək üçün 70 ölkədən 6000-dən çox nümayəndələrin iştirakı gözlənilir. Bundan əlavə, forum proqramında bir startap müsabiqəsi – StartUp Pitch və blockchain, kriptovalyutalar və startaplar sahəsində üçüncü illik müstəqil mükafat – “Blockchain Life Awards 2019″-ın verilməsi daxil edilib. Forum Listing.Help-in təşkilatçılığı ilə baş sponsor olan BitForex.com birjası tərəfindən təşkil olunur.

blockchainlife2019

     Binance, Bitcoin.com, Listing.Help, United Traders, Bitmain, Kaspersky və BitForex kimi şirkətlərin rəhbərləri forum qonaqlarına kriptovalyutalar, kripto-investisiyalar, bitkoinin gələcəyi, 2019-cu ildə yeni mayninq dövrü, kriptovalyutaların tənzimlənməsi, IEO-nun qlobal tendensiyası və sektorun gələcək prespektivləri haqqında məlumat verəcəklər. Spikerlər arasında Deepali Saraswat (Oracle), Andrey İvanov (QiWI Blockchain Technologies) və digərləri olacaq.

Blockchain Life-2019-da iştirak etmək üçün bu linkdən qeydiyyat keçmək olar.

One comment

Leave a Reply