Isveçrə blockchain-şirkətlərə bank lisenziyası verdi

     İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Təşkilatı (FINMA) 2 blockchain şirkətə – SEBA Crypto və Sygnum-a bank fəaliyyəti və qiymətli kağızlarla ticarət lisenziyası verdi. FİNMA ilk dəfə bu cür lisenziyaları yalnız blockchain üzrə ixtisaslaşan şirkətlərə verir. Lisenziyalar SEBA Crypto və Sygnum-a institusional və peşəkar müştərilərə xidmət göstərməyə imkan verəcəkdir.

switzerland-bank.jpg

    İsveçrənin maliyyə bazarlarını tənzimləyən orqanı olan FINMA (Swiss Financial Market Supervisory Authority) 2007-ci ildə yaradılıb və ölkə parlamenti tərəfindən FINMA-ya sığorta və maliyyə sektoruna bütün nəzarət və tənzimləmə səlahiyyətləri verilib. FINMA-nın səlahiyyətlərinə maliyyə və qanunvericilik bazasının hazırlanması və inkişaf etdirilməsi, sığorta və maliyyə sektorundakı şirkətlərə bu mövzuda məsləhət xidmətlərinin göstərilməsi də daxildir.

One comment

Leave a Reply