Samsung Galaxy S10 smartfonu artıq Bitcoin, Ethereum, Binance Coin, KuKoin, NEM, Kyber Network, Qtum, Maker, Pundi X, TrueUSD və USD Coin daxil olmaqla ümumilikdə 33 kriptovalyutanı dəstəkləyəcək. Smartfonda quraşdırılmış Samsung Blockchain Wallet-də 2 növ hesab var: Ethereum və Bitcoin. Digər kriptovalyutaların cüzdanlarını əldə etmək üçün onların mobil tətbiqləri smartfona yükləmək mümkündür. Blockchain-cüzdan quraşdırılmış Galaxy S10 modeli hələ ki, Kanada, Almaniya, Cənubi Koreya, İspaniya, İsveçrə, ABŞ və Böyük Britaniyada təqdim olunur.