Coinbase kriptovalyuta birjasının apardığı tədqiqata əsasən universitetlərin rəqəmsal valyutalar və blockchain texnologiyasına olan marağı hər il artır. Birja ABŞ-ın “News & World Report” məlumatlarından istifadə edərək dünyanın 50 ən yaxşı universitetini tədqiq edib. Tədqiqatın nəticəsinə əsasən məlum olub ki, universitetlərin 56%-də kriptovalyuta və blockchain üzrə təlimlər keçirilir. 2018-ci ildə isə bu göstərici 42% idi.
Universitetlər arasinda ilk yeri Cornell University tutub. Bu universitetdə kriptovalyuta və blockchain üzrə 14 növdə təlim proqramları keçirilir.
Müəllif: Elnur Quliyev