Dünyanın ilk dövlət kripto-sikkəsi yaradılır

    Litva Mərkəzi Bankı sentyabrın 2-si dünyanın ilk kolleksiya üçün nəzərdə tutulan dövlət kripto-sikkəsinin yaradılması haqqında sazişin imzalandığını elan etdi. LBCoin (Lietuvos Banko Coin) adlı bu sikkələri 2020-ci ildə almaq mümkün olacaq.

1549027783_lit-bank-lietuvos-banko-moneta-bankai.lt-montaas     Mərkəzi Bankın idarə heyətinin üzvü Marius Jurgilas: “Əgər bir neçə il əvvəl mərkəzi banklar virtual valyutalar haqqında danışmırdılarsa, indiki sorğular göstərir ki, mərkəzi bankların 70%-i bu texnologiya üzərində işləyir. Biz LBCoin vasitəsi ilə kriptovalyutaların əsasını təşkil edən blockchain texnologiyasını sınaqdan keçirmək niyyətindəyik. LBCoin kriptovalyuta olmayacaq, məhdud sayda buraxılan numizmatik rəqəmsal sikkə olacaq. Qanuni olaraq bu ödəniş vasitəsi olacaq lakin bazar qiymətləri daha yüksək olduğu üçün heç kim onları ödəniş vasitəsi kimi istifadə etməyəcək”.

Leave a Reply