Braziliyanın ən böyük ödəniş operatoru olan Cielo bitcoin və digər kriptovalyutalarda olan ödənişləri dəstəkləcəyini bəyan etdi. İstifadəçilər smartfondakı xüsusi mobil tətbiqdən istifadə edərək QR kodla kriptovalyuta ödənişlərini həyata keçirə biləcək. Bunun üçün Uzzo və ya Criptohub portallarında hesab açmaq lazımdır. Cielo-nun prezidenti Paulo Caffarelli qeyd edib ki, tərəfdaş banklar bu təşəbbüsü dəstəkləyir və artıq oktyabr ayında Cielo kripto-ödənişləri həyata keçirəcək.