Xaricə pul köçürmə qaydaları və tariflər

   Məlum olduğu kimi, tez-tez istifadə edilən bank xidmətlərindən biri də pul köçürmələridir. Pul köçürməsi əsasən iki yolla həyata keçirilir: təcili pulköçürmə sistemləri ilə və hesabdan hesaba köçürmə vasitəsilə.

     Azərbaycan Respublikası Mərkəzi Bankının “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ına əsasən, pul köçürməsi – bank hesabi açılmadan nağd pulun fiziki şəxs tərəfindən banka təhvil verilməsi yolu ilə həyata keçirilən ödənişdir.222 Ümumiyyətlə, pul köçürmələri ənənəvi qaydada ödəyici və vəsait alan arasında bank hesabları üzərindən aparılan nağdsız hesablaşmalardan fərqlənir. Belə ki, pul köçürmələri ödəyici və vəsait alanın bank hesabı olmadan və ya tərəflərdən hər hansı birinin bank hesabı olmaqla həyata keçirilir. Azərbaycanda pul köçürmələri üzrə limitlər “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar”a uyğun olaraq tənzimlənir. Hazırda istənilən fiziki şəxs (rezident və qeyi-rezident) şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə gün ərzində bir bankdan 1.000 ABŞ dolları ekvivalentindən çox olmayan məbləği banklar vasitəsilə hesabla və ya hesab açmadan xaricə göndərə bilər. Əgər fiziki şəxs birinci dərəcəli qohumuna (ata, ana, həyat yoldaşı, baba, nənə, oğul, qız, qardaş, bacı, övladlığa götürülənlər) 1.000 ABŞ dollardan çox pul vəsaiti göndərirsə, bu halda qohumluğu təsdiq edən sənədi təqdim etməklə (misal üçün, nigah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s.)  köçürə bilər.

-fs-currency-roll-2018.xl.jpg

  Azərbaycanda banklar və ya poçt sistemi tərəfindən təklif edilən beynəlxalq pul köçürmələri sistemləri – Western Union (200 ölkə), Contact (167 ölkə), Zolotaya Korona (MDB ölkələri), Blizko (115 ölkə), Форсаж (Rusiya), UPT (Türkiyə), Privat Money, Faster, Monex, Leader, Migom, Xpress Money, Allure, Bistraya Pochta.

  • Western Union – beynəlxalq pul köçürmələri sistemində ən qocaman pul köçürmə sistemidir. Western Union koorporasiyası 1871-ci ildən etibarən təcili pul köçürmələri ilə məşğuldur. Hazırda dünyanın 200-dən çox ölkəsində təxminən 370 000  Western Union məntəqəsi fəaliyyət göstərir. Hər köçürmə əməliyyatı etibarlı təhlükəsizlik sistemi ilə mühafizə olunur və göndərilən pul vəsaitinin yalnız Siz tərəfindən qeyd olunan şəxsə ödənilməsinə zəmanət verir.. Köçürülmüş pul məbləğinin 10-15 dəqiqə ərzində bankda hesab açdırmadan müvafiq kodu göstərməklə əldə etmək olar.
  • Leader – bu sistem də beynəlxalq pul köcürmə sistemidir, aktiv inkişaf edir. MDB, Baltikyanı ölkələr və uzaq xaricdə geniş yayılmaqdadı, ekspress köçermədir və bank hesabı açılışını tələb etmir. Köçürmə tarifləri məbləğin 0,95%-nə bərabərdir ki, bu da rəqiblərlə müqayisədəd rekord gostəricidir. Liderlə köçürmələr, rubl, ABŞ dollar və Avro ilə aparıla bilər.
  • “KONTAKT” (Contact) – bu pul köçürmə sistemi 2000-ci ildən fəaliyyət göstərir. Dünyanın 80 ölkəsində nümayəndəliyi var, 28 000-dən çox məntəqəyə malikdir, bank hesabı açılışı tələb edilmir. Kontakt sistemi ilə, rus rublu, ABŞ dolları və Avro köçürülməsi mümkündür. KONTAKT vasitəsilə pul köçürmələri zamanı ölkədaxili köçürmələrdə, rus rublu ilə köçürmələrin 2%-i, Rusiyadan kənara- Baltikyanı, MDB və digər xarici ölkələrə köçermə zamanı, rus rublı, dollar və ya avro olmasından asılı olmayaraq 3 % kommission tutulur. Rusiya daxilində bu sistemlə pul köçermələrində məbləğ məhdudiyyəti yoxdur.
  • Monex – təcili pul köçürmə sistemi 2011-ci ildə yaradılıb. “MONEX” sistemi fiziki şəxslər arasında beynəlxalq və ölkədaxili pul köçürmələri üçün vasitədir. Bu sistem vasitəsilə hal-hazırda Azərbaycan, Gürcüstan, Rusiya, Böyük Britaniya, Çexiya, Monqolustan, Nepal, Özbəkistan, B.Ə.Ə., Səudiyyə Ərəbistan və Küveyt məntəqələrində xidmət olunur. “MONEX”nin üstünlükləri: Tariflərin müştərilər üçün son dərəcə münasibliyi; Azərbaycan daxili pul köçürməsi ünvansız göndərilir və müştəri istədiyi bölgədən vəsaiti ala bilər; Köçürmənin qısa müddət ərzində həyata keçirilməsi. Manat, ABŞ dolları, AVRO və Rusiya rublu ilə köçürmələr aparmaq mümkündür.
  • BLİZKO – Köçürmələr rus rublu, ABŞ dolları və avro ilə həyata keçirilə bilər. Hər bir pul köçürməsi 8 rəqəmli unikal Nəzarət nömrəsi ilə etibarlı mühafizə olunur. BLIZKO sistemi üzrə köçürmənin yola salınmasından 1 dəqiqə sonra pul köçürməsi təyinat nöqtəsinə çatır . Sistemin istənilən xidmət məntəqəsində, köçürmənin hansı şəhərə göndərilməsindən asılı olmayaraq, pulu almaq mümkündür.
  • Privat Money – beynəlxalq təcili (hesab açılmadan) pul köçürmələri sistemi 2001-ci ildə yaradılmışdır və hazırda Ukraynanın bütün ərazisində, Rusiyanın, İtaliyanın, Böyük Britaniyanın, Kiprin, Latviyanın, Çexiyanın, Portuqaliyanın, Azərbaycanın, Belarusun, Qırğızstanın, Tacikistanın və Moldovanın ən iri yaşayış ərazilərində yerləşən 5 000-dən artıq məntəqə və şöbəni əhatə edir.
  • Caspian Money Transfer – Azərbaycanın ilk pu köçürmə sistemlərindəndir. Əhatə dairəsi əsasən MDB ölkələridir. Köçürmələri ABŞ Dolları, Avro, Rus Rublu və Azərbaycan manatında həyata keçirmək olar.
  • Forsaj  – sistemin operatoru  Почта России. Dünyanın 12 ölkəsində yerləşən 26 mindən çox məntəqədə fəaliyət göstərir. Köçürmələr ABŞ dollarlarında, Rus Rublunda və Avro-da həyata keçirilə bilər.
  • UPT – sistemin operatoru Aktif Bank (Türkiyə). Dünyanın 222 ölkəsində yerləşən 400 mindən çox məntəqədə fəaliyyət göstərir. Türk lirəsi, Avro vəABŞ dollarında köçürməni göndərmək və almaq imkanı yaradır.
  • Faster – Qazaxıstanın ilk beynəlxalq ekspress pul köçürmələri sistemidir. Qazaxstan, Özbəkistan, Rusiya, Azərbaycan, Qırğızıstan, Mongoliya, Ukrayna, Tacikistan, Belarusiya, BƏƏ, Gürcüstan, Böyük Britaniya kimi ölkələrdə fəaliyyət göstərən məntəqələri mövcuddur.  Köçürmələr ABŞ dollarlarında və Rus Rublunda həyata keçirilə bilər.

1513832922

Hazırda ən çox istifadə edilən beynəlxalq pul köçürmə sistemləri üzrə tariflər:

Western Union

MDB ölkələri üçün (Adi Tarif)

Transferin məbləği, USD Xidmət haqqı
0.01-200 3 USD
200.01-2000 2%
2000-3000 1.5%
3000 > 1.2%

MDB ölkələri üçün (12 Saat tarifi)

Transferin məbləği, USD Xidmət haqqı, USD / %
0.01-200 2%
200.01-2000 1.5%
2000-3000 1%

Türkiyə Cümhuriyyətinə göndərilən köçürmələr üçün

Transferin məbləği, USD Xidmət haqqı, USD
1-50 13
51-100 15
101-200 22
201-300 29
301-400 34
401-500 40
501-750 45
751 və daha çox 51

Digər ölkələr üçün

Transferin məbləği, USD Xidmət haqqı, USD
1-50 13
51-100 15
101-200 22
201-300 29
301-400 34
401-500 40
501-750 45
751-1000 51
1001-1500 76
1501-1750 81
1751-2000 91
2001-2501 111
2501-3000 121

Russiya Federasiyasından Azərbaycana

Transferin məbləği, USD  Xidmət haqqı, USD Transferin məbləği, RUR Xidmət haqqı, RUR
0.00-100 6 0.00-2,500 150
100.01-200 10 2500.01-5,000 250
200.01-400 14 5000.01-10,000 350
400.01-600 20 10,000.01-15,000 500
600.01-1,500 26 15,000.01 – 37,500 650
1,500.01-2,000 40 37,500.01 – 50,000 1,000
2,000.01-3,000 60 50,000.01 – 75,000 1,500
3,000.01-4,000 80 75,000.01-100,000 2,000
4,000.01-5,000 100 100,000.01-125,000 2,500

Contact

Rusiyaya və MDB ölkələrə pul köçürmələrin tarifləri / “Ünvansız rejim”

Məbləğ 0 – 6,500 USD
0 – 5,000 EUR
(0 – 200,000 RUB)
6,500 – 20,000 USD
5,000 – 20,000 EUR
(200,000 – 600,000 RUB)
Komissiya 1% 65 USD / 50 EUR
(2,000 RUB)

Digər ölkələrə pul köçürmələrin tarifləri

Komissiya 3%-dən

Çinə pul köçürmələrin tarifləri

Məbləğ 1,000 USD/EUR-dək 1,000 – 5,000 USD/EUR 5,000 USD/EUR yuxarı
Komissiya 10 USD/EUR 15 USD/EUR 20 USD/EUR

Türkiyəyə pul köçürmələrin tarifləri

Köçürmə məbləği Pul göndərəndən tutulan komissiya
0,01 – 335.00 USD/EUR 3 USD/EUR
335.01 – 10,000 USD/EUR 1.4%

Visa, Mastercard, UnionPay kartlarına köçürmə (yalnız kartın nömrəsi lazımdır)

RUSİYA Yaxın və Uzaq xaric
Komissiya 1.5% + 20 RUB 1.5% + 50 RUB 2 USD/EUR

Zolotaya Korona

İstiqamət Komissiya
Rusiya, Gürcüstan, Qazaxıstan 0,9% (max. 1 000 RUB/20 USD/20 EUR)
Belarusiya, Qırğızıstan, Tacikistan, Özbəkistan 0,9%
Moldova 1%
Türkiyə, Böyük Britaniya, Bolqarıstan,
Kipr, Latviya, Fransa, Vyetnam, İsrail,
İordaniya, Misir, İsveç
1%
Konvertasiya əməliyyatı ilə bütün köçürmələr 0%

     Hesabdan hesaba nağdsız vəsaitlərin köçürülməsi isə əsasən SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) sistemi vasitəsilə həyata keçirilir. SWIFT dünyanın əksər ölkələrində geniş istifadə olunur və ən təhlükəsiz sistemlərdən biri kimi sayılır. Belə köçürmə aşağıdakı kimi həyata keçirilir:

  • Banka yaxınlaşırsız və pul göndərəcəyiniz şəxsin bank hesanın rekvizitlərini bankınıza təqdim edirsiniz;
  • Bankınız köçürmə haqqında olan bu məlumatları öz müxbir bankına ötürür;
  • Müxbir bank isə öz xidmət haqqı müqabilində ödənişi qısa zaman ərzində pulu alan tərəfin bankına çatdırır.

Məbləğ maksimum 3 iş günü ərzində hesaba köçürülür.

 

Elnur Quliyev

 

Leave a Reply