Burger King bitcoin qəbul edir

   Məşhur fast food restoranlar şəbəkəsi Burger King-in Almaniya filialı veb sayt və mobil tətbiqlə ödəniş vasitəsi kimi bitcoin qəbul etməyə başlayıb. Burger King öz rəsmi çatdırılma saytında VİSA və PayPal ilə barabər bitcoin-i də ödəmə vasitəsi kimi əlavə edib. Burger King-in Almaniyada 600-dən çox ticarət şəbəkəsi var.

burger.png

    Xatırladım ki, Burger King 1954-cü ildə yaradılıb və hazırda dünyanın 98 ölkəsində 13.000 satış məntəqəsi fəaliyyət göstərir. Burger King-in Hollandiyadakı filialı 2017-ci ildə ilk dəfə ödəniş vasitəsi kimi bitcoin qəbul etmişdi.

image-5.png

 

 

Elnur Quliyev

Leave a Reply