“Böyük dördlük”-dən olan PwC bitcoin qəbul edəcək

  “Böyük dördlük”-yə daxil olan PricewaterhouseCoopers-in (PwC) Lüksemburq bölməsi 1 oktyabr 2019-cu il tarixindən etibarən göstərdiyi xidmətlər üzrə ödəniş vasitəsi kimi bitcoin qəbul edəcəyini elan etdi. PwC sentyabrın 2-də öz rəsmi saytında bu addımın müştərilərin artan tələbinə cavab olaraq atıldığı bildirib.

     Xatırladım ki, PwC – audit və konsaltinq xidmətləri təklif edən və 150-dən çox ölkədə fəaliyyət göstərən beynəlxalq bir şəbəkədir. Təşkilatın 250 mindən çox işçisi var və illik gəliri 51 milyard dollardır. PwC 2019-cu ilin iyun ayında kriptovalyuta aktivlərini dəstəkləyən Halo adlı audit həllini təqdim etmişdi.

regionalnye_podrazdeleniya_pwc_i_burger_king_nachinayut_prinimat_bitkoiny

“Böyük dördlük”-yə daxil olan audit şirkətləri – KPMG, Ernst & Young, PricewaterhouseCoopers və Deloitte.

 

 

Elnur Quliyev

Leave a Reply