1 milyard dollarlıq bitcoin-tranzaksiya

     Sentyabrın 6-sı Whale Alert bitcoin şəbəkəsində iri məbləğdə bitcoin-tranzaksiya qeydə alıb. Dəyəri 1,018,147,922 dollar olan 94504 BTC-lik tranzaksiya adsız bitcoin cüzdana göndərilib. Tranzaksiya üzrə komissiya təqribən 700 dollar (0.00007%) təşkil edib. 94504 BTC 15 fərqli cüzdandan 92 ödəmə üzrə 1 cüzdana köçürülüb və hazırda həmin cüzdan içərisində ən çox bitcoin olan 5-ci ən iri bitcoin-cüzdandır. Ehtimal edilir ki, bu məbləğdə olan köçürmə Bakkt platforması və ya hər hansı bir kriptovalyuta birjasının bitcoin cüzdanı ilə əlaqədar ola bilər.

   Analitik platforma TokenAnalyst müəyyən edib ki, tranzaksiyaların 30%-i Huobi Global kriptovalyuta birjasının cüzdanı hesabından aparılıb.

55.jpg

    Twitter istifadəçisi Rhythmtrader bu köçürmə ilə bağlı öz hesabında “Bu gün bir əməliyyatla 94 504 BTC köçürüldü. Bu, cəmi 700 dollar bir komissiya ilə 1.000.000.000 köçürmə idi. Bunu təsdiqləmək üçün heç bir hökumət, bank və ya üçüncü tərəf tələb olunmurdu. Hətta bunu istəsələr də dayandıra bilmzlər. Bu, bitcoin-in əsl gücüdür!” yazıb.

 

Elnur Quliyev

Leave a Reply