BtokenBank – kriptovalyuta bankçılığı

   Hazırda kriptovalyutaların əsas problemi real maliyyə dünyası – bank sektoru ilə birbaşa əlaqənin olmaması və tətbiqinin mürəkkəbliyidir. Məlum məsələdir ki, klassik bankların obyektiv və subyektiv səbəblərdən kriptovalyutalardan istifadə etmək imkanları məhduddur. Lakin bununla belə rəqəmsal aktivlərin ənənəvi maliyyə sektoruna inteqrasiyasını təmin etmək üçün yeni təşkilatlar formalaşmaqda davam edir. Buna misal olaraq 2016-cı ildə yaradılmış BtokenBank göstərmək olar.

     BtokenBank – nizamnamə kapitalı 50 milyon avro olan və hazırda alternativ rəqəmsal valyuta ilə işləyən ən böyük bank qurumudur. BtokenBank Mavritaniya Respublikasının bank lisenziyayasına malikdir və rəsmi olaraq Rusiya Federasiyası və əksər Avropa ölkələrində fəaliyyətini həyata keçirir. Faktiki olaraq BtokenBank fiat valyutaların kriptovalyutalara mübadiləsinin rəsmi təchizatçısıdır. Şirkətin mərkəzi ofisi Port Louis şəhərində yerləşir.

    Blockchain texnologiyası sayəsində BtokenBank kriptovalyutalar və fiat valyutalar ilə mümkün qədər sərfəli və minimal komissiyalarla əməliyyat aparmağa imkan verir. central-banks-on-crypto-1024x512-10-07-2017.jpg Bu, xüsusən klassik banklarla müqayisədə şirkətə böyük bir üstünlük verir. BtokenBank-ın müştəriləri kriptovalyutalar ilə yalnız əmanət və mübadilə əməliyyatları deyil, həmçinin birbaşa təşkilatın saytında investisiya edə bilərlər. Müştərilər BtokenBankın analitik şöbəsinin xidmətlərindən istifadə edə bilərlər. Burada fərdi yanaşma mövcuddur və şübhəsiz ki, müştərilərə aktivlərin etibarlı hedcinqi və risklərin diversifikasiyası təklif ediləcəkdir. Aktivlərin diversifikasiyalı bölgüsü sayəsində vəsaitləri etibarlı şəkildə qorumaq və artırmaq mümkündür.

BtokenBank aşağıdakı xidmətləri göstərir:

  • Kriptovalyutalar üçün ticarət platforması təmin etmək;
  • Sərfəli komissiya haqqı ilə kriptovalyuta və fiat valyutalar üçün hesablaşma hesabları açmaq;
  • Valyuta əməliyyatlarının təmin edilməsi;
  • Kreditlərin verilməsi;
  • İnternet bankçılıq;
  • Dünyanın bütün ölkələrində fərdi cüzdanlardan istifadə etmək imkanı olan Visa və MasterCard plastik kartlarının buraxılması;
  • İnvestisiya portfelinin formalaşdırılması / investisiya alətləri ilə təmin edilməsi;
  • Bir çox banklarda olduğu kimi robotlar deyil, canlı insanlardan ibarət daim texniki dəstək;
  • Digər bankların qibtə etdiyi güclü analitik dəstək;
  • Beynəlxalq şirkətlərin qiymətli kağızlarına investisiya qoymaq, IPO zamanı səhmlər əldə etmək, portfel investisiyası və aktivlərin idarə edilməsi.

    BtokenBank həm fiziki, həm də hüquqi şəxslərlə işləyir. Hüquqi şəxslər üçün xidmətlərə cari hesabların açılması, kreditlərin və korporativ kartların verilməsi daxildir. Bankın müştərisi olmaq üçün minimum sənədlər paketini təqdim etmək, onlayn qeydiyyatdan keçmək və optimal xidmətlər paketini seçmək kifayətdir. BtokenBank AML siyasətinə ciddi şəkildə riayət edir, buna görə işə başlamazdan əvvəl bütün müştərilər yoxlama prosedurundan (KYC) keçməlidirlər.

 

Elnur Quliyev

 

Leave a Reply