Flying University kriptovalyutalar və blockchain texnologiyası ilə əlaqəli biznes layihələrinin yaradılması və inkişafı üçün ən əlverişli şərtlərin olduğu ölkələrin reytinqini dərc edib. Tədqiqat müxtəlif ölkələrdə hüquqi, siyasi və infrastruktur şəraitinin qiymətləndirilməsini özündə cəmləşdirən xüsusi metodologiya əsasında aparılıb. Məruzə müəllifləri ilk növbədə müxtəlif ölkələrin iqtisadiyyatlarında blockchain və onunla əlaqəli texnologiyaların təsiri altında baş verən dəyişikliklərə üstünlük veriblər. Reytinq üzrə ilk 3 yeri Estoniya, Avstraliya və Sinqapur tutub.
MDB ölkələri üzrə reytinqdə ən yüksək yeri Belarus (13) tutub. Rusiya Federasiyası 18-ci, Qazaxsatn 19-cu, Ukrayna isə 23-cü yerdə qərarlaşıb.
Müəllif: Elnur Quliyev