İspaniyanın məşhur Atletico Madrid futbol klubu azarkeşlər üçün Socios.com blockchain platformasında token buraxacaq. Bu barədə Socios.com-ın saytında məlumat verilib. Bununla da Atletico Madrid La Liga-nın Socios.com-a qoşulan ilk klubu oldu. Dəyəri 2 avro olan token 2019/2020 mövsümü üçün Fan Token Offering (FTO) layihəsi üzrə buraxılacaq. Klubun tokenlərini Socios.com platformasının daxili tokeni olan $CHZ ilə almaq mümkün olacaq. Bu tokenlər klubun fanatlarına müxtəlif sorğularda iştirak etməyə, klubun məhsul və digər mükafatlarını Socios.com-un mobil tətbiqi ilə almağa imkanı verəcəkdir.
Xatırladım ki, Socios.com idman və əyləncə həvəskarları üçün blockchain əsaslı ilk mobil tətbiqdir. Socios.com Juventus, Paris Saint-Germain, AS Roma və West Ham United futbol klubları ilə rəqəmsal sikkər – tokenlərin buraxılması üçün əməkdaşlıq edir.
Elnur Quliyev