İngiltərənin Watford futbol klubunun geyimlərində “Bitcoin” loqotipi təsvir edilib. Bu, klubun bukmeyker platforması olan sportsbet.io ilə əməkdaşlıq çərçivəsində mümkün olub. Klubun saytında verilən məlumata əsasən formaya “Bitcoin” loqotipi əlavə etməkdə əsas məqsəd bitcoin haqqında məlumatlılığı artırmaq və kriptovalyutalardan istifadənin faydaları haqqında ictimaiyyəti maarifləndirməkdir. Kluba aid suvinirlərin də kriptovalyuta ilə satılacağı planlaşdırılır.