İsmayıl Hüseynov: Azərbaycan və Gürcüstan blockchain ilə məlumat mübadiləsi edir

    Bakıda sentyabrın 19-da IX Beynəlxalq “Caspian Energy Forum – 2019” keçirilib. Üç sessiyadan ibarət olan forumun birinci sessiyasında Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunub. İkinci sessiyada Azərbaycanda maliyyə sektorunun inkişafı, investisiyalaşma imkanları, kiçik və orta biznesin inkişafı müzakirə edilib. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat verilib.

   Forumda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov ismayil.jpg son illərdə gömrük xidmətinin bir çox ilklərə imza atdığını, gömrük işinin daha müasir metodlarla tənzimlənməsi, sağlam iqtisadi rəqabətlilik mühitinin yaradılması, xarici ticarət iştirakçıları üçün əlverişli biznes şəraitinin formalaşdırılması istiqamətində mütəmadi islahatların həyata keçirildiyini diqqətə çatdırıb. Gömrük sistemində elektron xidmətlərin inkişafının daim diqqət mərkəzində olduğunu bildirən İsmayıl Hüseynov hazırda gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi proseslərinin tam avtomatlaşdırıldığını, gömrük bəyannamələrinin təqdim edilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xidmətlərin tam kağızsız texnologiyalar əsasında qurulduğunu vurğulayıb. İsmayıl Hüseynov həmçinin blockchain texnologiyasının Azərbaycanın gömrük sistemində isitifadəsi ilə bağlı açıqlama verib.

     İsmayıl Hüseynov: “Azərbaycan gömrüyü müasir texnologiyalara böyük əhəmiyyət verir. Belə texnologiyadan biri də blockchain texnologiyasıdır. Artıq bu texnologiya vasitəsilə Gürcüstan gömrük orqanları ilə məlumat mübadiləsinə başlamışıq. Bu texnologiyanın aktiv istifadəsi gömrük prosedurlarını xeyli sürətləndirəcəkdir.” Qeyd etmək lazımır ki, Cari ilin iyunun 13-də Azərbaycanın Gömrük Komitəsi Maersk və IBM şirkəti tərəfindən birgə işlənib hazırlanmış, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan TradeLens-ə qoşulub.

   Komitə sədrinin birinci müavini onu da vurğulayıb ki, tranzit prosedurlarının elektronlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də Avropa Yeni Kömpüterləşdirilmiş Tranzit Sistemi (NCTS) layihəsidir ki, bu da tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinin təşkili, Vahid İnzibati Sənədləşdirmənin tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirilməsinin sürətləndirilməsinə imkan yaradacaqdır. Bu sistemin tətbiqi həmçinin, ixracın təşviqi istiqamətində Azərbaycan Respublikasında istifadə olunan, “Made in Azerbaijan” brend malların NCTS üzvü olan Avropada yerləşən ölkələrin bazarlarına çıxışı və təyinat yerlərinə çatdırılması prosesində olduqca əlverişli şərait təmin edəcəkdir.

     Gömrük orqanları tərəfindən yaxın zamanlarda həyata keçiriləcək layihələrdən də bəhs edən İsmayıl Hüseynov “Elektron növbə” sisteminin tezliklə tətbiqinə başlanılacağını diqqətə çatdırıb və bildirib ki, “elektron növbə”nin yaradılması gömrük sərhəd məntəqələrində sürətli keçidin təmin edilməsi, ticarət təchizatı zəncirinin daha əlverişli olması üçün əhəmiyyətlidir.

Leave a Reply