İsveçrənin Yaxın Şərqdəki iri bankların biri olan Arab Bank Switzerland korporativ müştərilərinə kriptovalyuta xidmətləri göstərək. Swissinfo.ch-nin verdiyi məlumata əsasən Arab Bank Switzerland öz müştərilərinə müştərilərinə bitcoin (BTC) və ethereum (ETH) üzrə saxlanma və broker xidmətləri təklif etmək üçün Taurus Group ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Bu təşəbbüs sayəsində, Arab Bank Switzerland tərəfindən xidmət edilən iri korporativ müştərilər, o cümlədən ailə şirkətləri rəqəmsal aktivlər üzrə əməliyyatlara çıxış əldə edəcəklər.
Arab Bank Switzerland-in icraçı direktoru Serge Robin: “Biz blockchain texnologiyasının maliyyə sənayesini kökündən dəyişdirəcəyinə inanırıq və tənzimlənən mühitdə öz müştərilərinə rəqəmsal aktivlər üzrə xidmətlər təqdim edən ilk banklardan biri olmaq niyyətindəyik.”
Elnur Quliyev